
Əl-bəyan kitabının ikinci cildi Quranın təfsirinə həsr olunub. Bu təfsirdə qrammatik qanunlara və ədəbi mövzulara geniş yer verilmir, əvəzində Quranın müxtəlif mənalarına toxunan mövzular izah olunur. Şeyx Tusinin «Tibyan», Təbərsinin «Məcməul-bəyan» və Zəməxşərinin «Kəşşaf» əsərlərində qrammatik və ədəbi məsələlər geniş işıqlandırıldığı üçün burada yalnız həmin əsərlərdə toxunulmayan mövzulara işarə edilir və təfsir müxtəsər şəkildə aparılır.
