
Möhsün Qəraətinin “Nur təfsiri” əsəri Qurani-Kərim ayələrinin geniş oxucu kütləsi üçün anlaşıqlı dildə izahına həsr olunmuş təfsirdir. Burada yalnız xüsusi zümrənin başa düşə biləcəyi ədəbi, fiqhi, kəlami və fəlsəfi terminlərdən çəkinilib. İzahlar şəxsi rəyə yox, Quran ayələrinə və Peyğəmbərdən (s) və Əhli-beytdən (ə) nəql olunan rəvayətlərə əsaslanır. Bir çox bildiriş və dərslərdə mötəbər şiə və sünni təfsirlərindən də istifadə olunub.
