Əl-Bəyan Quranın təfsirinə həsr olunmuş əsərdir və bu kitab onun birinci cildidir. Ayətullah Seyid Əbulqasim Xoi təfsirdə qrammatik qaydalara və ədəbi məsələlərə geniş yer vermir, Quranın müxtəlif mənalarına toxunan mövzuları şərh etməyə diqqət yetirir. Qrammatik və ədəbi məsələlər Şeyx Tusinin «Tibyan», Təbərsinin «Məcməul-bəyan» və Zəməxşərinin «Kəşşaf» əsərlərində artıq geniş izah olunduğundan, müəllif əsasən onların toxunmadığı mövzulara işarə edir və təfsiri müxtəsər şəkildə verir.
