
Əllamə Məhəmməd Hüseyn Təbatəbai bu əsərdə Qurani-Kərimin İslamdakı yerini Şiə nöqteyi-nəzərindən işıqlandırır. Kitabda Qurani-Kərimin bəşər həyatında rolu, onun bütün dünya xalqlarına məxsus olması, zahiri və batini ayələr, möhkəm və mütəşabih ayələr, nasix və mənsux ayələr, təfsir elmi, habelə Quranın Quran vasitəsilə təfsir olunması kimi mövzulara geniş yer verilir.
