
Bu kitab Qurani-Kərimin Maidə surəsinin təfsirinə həsr olunmuşdur. Surə Peyğəmbəri-Əkrəmin (s) vəfatından bir-iki ay əvvəl nazil olmuş və ayələrinin heç biri nəsx edilməmişdir, yəni hökmü dəyişdirilməmiş və qüvvədən salınmamışdır. Surənin 114-cü ayəsində Həzrət İsanın (ə) dostları üçün səmadan süfrə nazil olması barədə etdiyi dua xatırlanır. Surə də məhz bu səbəbdən "Maidə" ("Süfrə") adlanır; "maidə" içinə yemək qoyulmuş tabaq deməkdir.
