
Möhsün Qəraətinin “Nur təfsiri” əsəri Quran ayələrinin izahına həsr olunmuş təfsirdir. Əsərdə yalnız xüsusi zümrənin anlaya biləcəyi ədəbi, fiqhi, kəlami və fəlsəfi terminlərdən çəkinilib ki, izah daha geniş oxucu kütləsi üçün anlaşıqlı olsun. Təfsirdə şəxsi rəyə deyil, Quran ayələrinə və Peyğəmbərdən (s) və Əhli-beytdən (ə) nəql olunan rəvayətlərə istinad edilir. Bununla yanaşı, mötəbər şiə və sünni təfsirlərindən də istifadə olunub.
