
Nur təfsiri Qurani-Kərim ayələrinin izahına həsr olunmuş təfsir əsəridir. Müəllif Möhsün Qəraəti izahlarda yalnız xüsusi zümrənin anlaya biləcəyi ədəbi, fiqhi, kəlami və fəlsəfi terminlərdən çəkinmişdir. Təfsirdə şəxsi rəyə əsaslanılmır, yalnız Quran ayələrinə və Peyğəmbərdən (s) və Əhli-beytdən (ə) gələn rəvayətlərə istinad edilir. Bununla yanaşı, mötəbər şiə və sünni təfsirlərindən də istifadə olunmuşdur.
