
Möhsün Qəraəti bu əsərdə Qurani-Kərimi geniş oxucu kütləsinin başa düşəcəyi sadə dillə izah edir. Təfsirdə yalnız xüsusi zümrənin anlaya biləcəyi ədəbi, fiqhi, kəlami və fəlsəfi terminlərdən çəkinilib. İzahlar şəxsi rəyə deyil, Quran ayələrinə və Peyğəmbərdən (s) və Əhli-beytdən (ə) nəql olunan rəvayətlərə əsaslanır. Əsərdə mötəbər şiə və sünni təfsirlərindən də istifadə olunub.
