
Əllamə Məhəmməd Hüseyn Təbatəbai bu əsərdə Qurani-Kərimi şiə nöqteyi-nəzərindən izah edir. Kitabda Quranın bəşər həyatındakı rolu, onun bütün dünya xalqlarına məxsus olması, zahiri və batini ayələr, möhkəm və mütəşabih ayələr, nasix və mənsux ayələr, təfsir elmi, habelə Quranın Quran vasitəsilə təfsir olunması kimi mövzulara geniş yer verilir.
