
Möhsün Qəraətinin „Nur təfsiri“ Qurani-Kərim ayələrinin izahına həsr olunmuş təfsir əsəridir. Təfsirdə yalnız xüsusi zümrənin anlaya biləcəyi ədəbi, fiqhi, kəlami və fəlsəfi terminlərdən çəkinilib, izahlar sadə və başa düşülən şəkildə təqdim olunur. Şəxsi rəyə əsaslanmaq əvəzinə Quran ayələrinə, Peyğəmbərdən (s) və Əhli-beytdən (ə) nəql olunan rəvayətlərə istinad edilir. Bununla yanaşı, mötəbər şiə və sünni təfsirlərindən də istifadə olunur.
