
Nur təfsiri Qurani-Kərim ayələrinin izahına həsr olunmuş təfsir əsəridir. Müəllif Möhsün Qəraəti bu əsərdə yalnız xüsusi zümrənin anlaya biləcəyi ədəbi, fiqhi, kəlami və fəlsəfi terminlərdən çəkinməyə çalışıb. Təfsirdə şəxsi rəyə deyil, Quran ayələrinə və Peyğəmbərdən (s) və Əhli-beytdən (ə) nəql olunan rəvayətlərə istinad edilir. Bununla yanaşı, şiə və sünni mötəbər təfsirlərindən də istifadə olunub.
