
Asif Hacılının bu kitabı Bakı Slavyan Universitetində mühazirələr şəklində təqdim olunan əsərdir və Qurani Kərimin rus ədəbiyyatındakı yerini araşdırır. Kitabda rus ədəbiyyatında islam mətninin formalaşması tarixi, klassik və müasir rus yazıçılarının yaradıcılığında Qurani Kərim motivlərindən istifadənin özünəməxsusluğu, həmçinin islami dəyərlərin rus fəlsəfi-estetik fikrində əhəmiyyəti şərh olunur. Elmi redaktor professor Kamal Abdullayevdir.
